Kristina Aqileranın çimərlik geyimində görünüşü birmənalı qarşılanmadı - FOTO

04:40 18-02-2021 419

Tətildə olarkən paparassilərin obyektivinə tuş gələn amerikalı müğənni Kristina Aqilera görünüşü ilə sosial şəbəkədə mübahisələrə səbəb olub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Şəbəkədə yayımlanan fotoşəkildə 40 yaşlı ifaçı hovuzda çimərkən əks olunub. Əri Metyu Ratler və altı yaşlı qızı Sammer Reyn ilə birlikdə Mayamidə oteldə çəkilən şəkildə ulduz “Gucci” markasından dərin dekolteli çimərlik geyimində əks olunub.

Görüntülər sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəziləri Aqileranın bədən quruluşunu kəskin tənqid ediblər.

“Çox kədərli mənzərədir”, “Aman Allahım, ona nə olub?..”, “Onun artıq çəkisi var, dərisi sallanmış görünür”, “Biz çəmərliyə gedərkən anama bu cürə geyinmədiyi üçün minnətdaram. Altı yaşlı uşağın yanındakı bu geyim çox xoşagəlməzdir”, “Çox kökəlib”, - kimi şərhlər yazıblar.

Digərləri isə əksinə ifaçının tərəfində durublar.

“Üzərində fotoşopla işlənməmiş şəklə baxmaqdan zövq alıram”, “ O, bir çox 40 yaşlı analar kimi əla görünür, ondan əl çəkin”, “Onun gözəl bədəni var. Sağlam görünür və gənc analara gözəl nümunə olur”, “Əla bədəni var. Qoy müasir qızlar  daha çox təbii gözəllik görsünlər”, - deyə pərəstişkarlar bildiriblər.