Cüdo üzrə yarışda uduzmaqda imtina edən məktəbli ölümcül döyüldü - VİDEO

06:00 18-02-2021 379

Türkmənistan idmançısı Süleyman Tursunbayev cüdo yarışlarında ölkənin Daxili İşlər Nazirliyi İnstitutunun kursantını məğlub etdikdən sonra döyülərək öldürülüb.

Bu barədə Turkmen.news nəşri xəbər verir.

Bildirilir ki, Tursunbayev Axal bölgəsindəki olimpiya ehtiyatının hazırlanması üçün idman internat məktəbinin 7-ci sinifində oxuyub. Baxarden şəhərində baş tutan yarışmada 14 yaşlı Süleymanın rəqibi olan kursanta uduzmasına işarə olunub. Lakin Tursunbayev mübarizəni qazanıb və öz çəki dərəcəsində qızıl medala sahib olub.

Turnirdən sonra Tursunbayev və məşqçisi naməlum şəxslər tərəfindən ağır şəkildə döyülüb. Kişi döyüldüyü yerdə atılıb, məktəbli isə naməlum istiqamətə aparılıb.

Daha sonra döyülən idmançı küçədə yoldan keçənlər tərəfindən tapılıb və təcili yardım çağırılıb.

Tursunbayev paytaxt xəstəxanalarından birinə aparılıb, lakin həkimlər onu Aşqabaddan 500 kilometrdən çox məsafədə yerləşən yaşayış yerinə aparmağı tövsiyə edirlər. Nəticədə yeniyetmə Daşoğuz vilayətində rayon xəstəxanasına aparılıb.

Bir neçə gün sonra Tursunbayev vəfat edib.