Dünyanın ən çətin idarə olunan təyyarəsinin ekstremal enişi kadrlarda - FOTO/VİDEO

06:40 18-02-2021 526

Sosial şəbəkələrdə ABŞ Hərbi Hava Qüvvələrinin “U-2” kəşfiyyat təyyarəsinin ekstremal enişi ilə bağlı kadrlar yayılıb.

“The Drive”ın məlumatına görə, müvafiq videonu sabiq təlimatçı pilot Ross Frankemon özünün “Instagram” hesabında paylaşıb.

Nəşrin məlumatına görə, “U-2” dünyada ən çətin idarə olunan, xüsusən enişi ən çətin təyyarələrdən biridir. Onun idarəsi üçün pilotların həm fiziki, həm də psixoloji hazırlığı yüksək səviyyədə olmalıdır.