Çin vətəndaşı üzərək Cənubi Koreyaya keçdi

07:40 18-02-2021 313

Cənubi Koreyada silahsızlaşdırılan zonada hərbi nəzarət məntəqəsinin yaxınlığında saxlanılan Çin vətəndaşı sərhədi dəniz yolu ilə dalğıc geyimində keçib.

Bu barədə TASS Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Həmin şəxs Kanvondo əyalətinin Koson mahalında videokamera əsasən müəyyən edilib.

Üç saat davam edən intensiv axtarışlardan sonra o nəzarətə alınıb. Cənubi Koreya hərbçilərinin bildirdiyinə görə, həmin kişi dəniz sahili boyunca quraşdırılmış tel çəpərlərin altından qorunma ilə təchiz olunmayan drenaj tuneli vasitəsilə keçməyi bacarıb.

Faktla bağlı araşdırma aparılır. Nəticəyə uyğun olaraq təhlükəsizlik tədbirlərinin görüləcəyi qeyd edilir.

Yerli KİV həmin adamın Cənubi Kareyada qalmaq niyyətində olduğunu yazır.