Dövlət büdcəsinin gəlirləri artıb, xərcləri azalıb

10:20 18-02-2021 22

2021-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 2 milyard 320,6 milyon manat təşkil edib.

HerGun.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, dövlət büdcəsinin gəlirləri ötən ilin yanvar ayı ilə müqayisədə 27,4 faiz artıb. 

Yanvar ayı ərzində dövlət büdcəsinin xərcləri isə 1 milyard 231,9 milyon manat təşkil edib. Büdcə xərcləri 2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 12,2 faiz azalıb.

Büdcənin icrasında 1 milyard 88,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 17,4 faizi qədər profisit yaranıb.