Ötən il qanunsuz narkotik satışı ilə məşğul olan qadınların sayı AÇIQLANDI

11:20 18-02-2021 23

2020-ci ilin hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 233 nəfər cinayət törətmiş şəxs müəyyən edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Onların da 29,4 %-ni əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törətmiş şəxslərin 99%-i cinayət məsuliyyətinə cəlb olunub, bir faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad ediliblər.

Cinayət törətmiş şəxslərin 70,9 faizini heç yerdə işləməyən və oxumayanlar, iki faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,1 faizi 14-17 yaşda olan uşaqlar, 7,6 faizi 18-24 yaşlı, 17,4 faizi 25-29 yaşlı gənclər, 74,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.