Yasamalda ağaclar niyə köçürülür? - Nazirlikdən CAVAB + FOTO

14:00 18-02-2021 24

Bakının Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində yerləşən bir neçə ağac köçürülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova HerGun.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə ağacların köçürülməsi ETSN və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə aparılır:

“Ağaclar həmin ərazidəki digər sahəyə köçürülür. Ağacların köçürülməsinə səbəb yeralti kabelin sıradan çıxması və ağacların köklərinin betona dirənməsidir”.

İlhamə Əbülfət