Pandemiya dövründə avtobuslarda dəhşətli sıxlıq - VİDEO

14:40 18-02-2021 22

Kafe-restoranların açılması və ali, orta təhsil müəssisələrində ənənəvi tədrisin bərpası kimi karantin tədbirlərində ciddi yumşaldılmalara gedilməsi, metronun isə fəaliyyətinin bərpa edilməməsi avtobuslarda sərnişin sıxlığının kəskin artmasına səbəb olub. 

Mütəxəssislər bildirir ki, metro açılmasa, avtobuslarda gündəlik olaraq yaranan dəhşətli sıxlıq yoluxma sayında kəskin artıma səbəb ola bilər.

Baku TV səhər saatlarında ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla bir arada olub.

Sıxlıq yaşanan avtobusdan süjeti təqdim edirik: