Azərbaycanda qəza zamanı ən çox zərər vuran avtomobil markaları - SİYAHI

15:20 18-02-2021 398

Sığorta hadisələrində ən çox zərər vuran avtomobil markaları açıqlanıb.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenində məlumat verilib.

Bülletendə ötən il ərzində baş vermiş qəzalarda ən çox zərər vurmuş avtomobil markalarını və onların sayı açıqlanıb.

“İllik icmal”a görə, 2020-ci il ərzində ən çox zərər vuran avtomobil markaları siyahısına 3 829 dəfə qəza törətməklə VAZ markalı avtomobillər başçılıq edir. Siyahıda ikinci yerdə 3 771 dəfə zərərvurma ilə “Mercedes-Benz”, 3-cü yerdə isə 1 494 dəfə zərərvurma ilə “Hyundai” markalı avtomobillər yer alır.

2020-ci ildə ən çox zərər vuran avtomobil markaları aşağıdakı kimi təsnif olunub:

“Opel” - 932 dəfə zərərvurma

“Toyota” - 901 dəfə zərərvurma

“Ford” - 805 dəfə zərərvurma

KIA - 706 dəfə zərərvurma

“Daewoo” - 537 dəfə zərərvurma

BMW - 520 dəfə zərərvurma

“Nissan” - 485 dəfə zərərvurma