Hakim finala çıxmış idmançımıza rəqibi ilə görüşməyə imkan vermədi - VİDEO

16:40 18-02-2021 16

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışında qeyri-adi qərar qəbul edilib.

HerGun.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası bir-biri ilə üzbəüz güləşsələr də, təhlükəsizlik səbəbindən idmançıların yekunda görüşməməsi barədə qərar çıxarıb.

Lakin hakimlərdən də bu qaydanı unudanlar olur. Məsələn, 66 kq çəki dərəcəsində slovakiyalı Matey Polyak və perulu Xuan Postiqosun görüşündə cüdoçular tatamini tərk etməzdən əvvəl bir-birinin əlini sıxıb.

Eyni hakim 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Davud Məmmədsoyla almaniyalı Morits Plafkinin görüşündə cüdoçuların bir-birləri ilə əl sıxmasına imkan verməyib. Həmin qarşılaşmada Məmmədsoy rəqibinə ipponla qalib gəlib. 

Qeyd edək ki, bu gün Azərbaycanın yeddi idmançısı mübarizəyə qoşulub. Bunlardan Davud Məmmədsoy finala çıxıb. O, Hindistan, Qazaxıstan və Rusiya cüdoçularına da qalib gələrək axşamkı seansda həlledici görüşdə iştirak etmək şansı əldə edib.

Səbuhi Musayev