Tələbələrin NƏZƏRİNƏ: Magistraturaya qəbul vaxtı uzadıldı

22:20 18-02-2021 331

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb.

HerGun.Az-ın məlumatına görə, sənəd qəbulu fevralın 19-u səhər saat 10-a kimi davam edəcək.

Qeyd edək ki, əvvəlki vaxt fevralın 18-i saat 23:59-dək idi.

Magistratura səviyyəsinə qəbul imtahanı üçün birinci şans fevralın 28-də veriləcək.

Bu imtahan üçün ikinci şansın iyun ayı ərzində verilməsi planlaşdırılır.