Canlı yayımda müxbirə silah tuşlayıb, telefonunu oğurladı – VİDEO

01:40 19-02-2021 418

Ekvadorda qeyri-adi cinayət hadisəsinin videogörüntüləri yayılıb.

“Haber Global”ın məlumatına görə, idman müxbiri canlı yayım zamanı silahlı soyğuna məruz qalıb. Müxbirə odlu silah tuşlayan soyğunçu onun əl telefonunu alaraq qaçıb. Soyğun hadisəsi minlərlə televiziya tamaşaçısı tərəfindən canlı olaraq izlənilib.

Polis bütün ölkəboyu “cəsur” qulduru axtarır.