İraqda iki uşağını çaya atan ananın cəzası məlum oldu – VİDEO

04:00 19-02-2021 356

İraqın paytaxtı Bağdad şəhərində ötən il iki azyaşlı uşağını Dəclə çayına ataraq öldürən qatil ananın məhkəmə işi üzrə qərar elan olunub.

“HaberTürk”ün məlumatına görə, qadına ikiqat edam cəzası verilib.

Qeyd edək ki, ananın bir və üç yaşlarındakı iki uşağını əl-Eimmə körpüsündən çaya atmasına səbəb onun ərindən boşanaraq, uşaqları üzərində hüquqlarını itirməsi olub. İlk ifadəsi zamanı qadın bildirib ki, keçmiş ərinə uşaqları itirmək hissinin nə olduğunu yaşatmaq üçün belə edib.