Şimali Koreyadan olan hakerlər altı ilə 1.3 milyard dollar oğurlayıb

08:00 19-02-2021 21

ABŞ prokurorluğu Şimali Koreyanın üç vətəndaşını kibercinayətlərdə və dünya üzrə müxtəlif banklardan 1,3 milyard dollardan artıq oğurlamaqda ittiham edib.

Bu barədə CNN məlumat yayıb.

Telekanal qeyd edir ki, hərbi kəşfiyyatla əlaqəli hakerlər 2014-2020-ci illərdə xüsusi əməliyyatlar keçiriblər. Hakerlər mürəkkəb texnologiyaların tətbiqi ilə kinostudiyalara və kriptovalyuta treyderlərinə hücumlar ediblər.