Nazir: “Ermənilərin işğalı zamanı hidrometeoroloji infrastruktur sıradan çıxarılıb”

14:00 19-02-2021 364

“Təəssüflə qeyd etmək istəyirəm ki, Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurub”.

HerGun.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Türk Dünyası Meteorologiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, uzun illər ərzində işğal altında olmuş ərazilərdə yerləşən hidrometeoroloji infrastruktur düşmən tərəfindən sıradan çıxarılıb:

“Hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işlərinə başlanılıb. Yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi ilə həmin ərazilər yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanına çeviriləcək”.

“Tezliklə müasir avtomat sistemlərin tətbiqi ilə meteoroloji müşahidələrin bərpası planlaşdırılır. 

Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək”, - deyə nazir qeyd edib.