Zabratda avtomobillərin hərəkəti asanlaşdı

16:40 19-02-2021 428

Zabrat qəsəbəsində inşa edilən avtomobil alt keçidi istifadəyə verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata əsasən, Oktyabr küçəsi ilə Musa Bayramov küçəsinin kəsişmələrində tikilən bu keçid eyni vaxtda həm qatarların, həm də avtomobillərin təhlükəsiz hərəkətinə imkan yaradacaq.

Tikinti işlərinə 2019-cu ilin avqustundan başlanılan Zabrat avtomobil keçidinin eni səkkiz metr, hündürlüyü beş metr, ümumi uzunluğu isə 227 metrdir. Qapalı hissənin uzunluğu 30 metr, açıq hissənin uzunluğu isə 197 metr təşkil edir. Keçiddə iki istinad divarı inşa olunub. 900 metr yeni avtomobil yolu çəkilib. Yağış və qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib, beş ədəd nasos quraşdırılıb.

Ümumilikdə indiyədək Abşeron Dairəvi dəmir yolu boyunca 12 yerdə avtomobil yolları ilə dəmir yollarının eynisəviyyəli kəsişmələri ləğv edilib. Həmin ərazilərdə avtomobil keçidləri inşa olunub.