Minaatan batareyalarının təlimlərindən görüntülər - VİDEO

17:20 19-02-2021 503

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.

Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə  tapşırıqları icra edir.

Təlim məşqləri davam edir.