Şəmkirdə gəlin qayınanasına xəsarət yetirib

19:20 19-02-2021 497

Şəmkir rayonunda 96 yaşlı qadın ailə münaqişəsi zəmnində xəsarət alıb.

“Report”un məlumatına görə, Şəmkir rayon sakini, 1935-ci il təvəllüdlü F.Vəliyeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona ailə münaqişəsi zəmnində gəlini tərəfindən xəsarət yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.