Cəlilabadda yol qəzası: “Mercedes” işıq dirəyinə çırpılıb onu aşırdı - FOTO

22:20 19-02-2021 328

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə rayon ərazisində, Diaqnostika və Müalicə Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə minik avtomobili “Mercedes” markalı minik avtomobilinə çırpılıb.

“Mercedes” daha sonra zərbənin təsirindən yolun kənarındakı işıq dirəyinə çırpılaraq, onu aşırıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.