Lənkəranda iki avtomobil toqquşdu, xəsarət alan var

23:20 19-02-2021 303

Lənkəranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Baxışzadə Elsevər Şahin oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona sol bud sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.