“Mançester Yunaytedin” keçmiş futbolçusu Rio Ferdinandın butslarını oğurladığını etiraf etdi

02:40 20-02-2021 341

“Mançester Yunayted” in keçmiş futbolçusu Ravel Morrison “mankunianlar”ın düşərgəsində olduğu müddətdə başına gələn xoşagəlməz hadisədən danışıb.

Xəbəri “Sport Bible” agentliyi yayıb.

“Ferdidandın butslarını oğurladığıma görə, soyunub-geyinmə otağında qovulduğumu yaxşı xatırlayıram. O zaman mən aldığım təqaüdlə dolanırdım. Oğurladığım ayaqqabılara görə 600 funt sterlinq (təxmini 1 400 manat) pul əldə edə bilərdim”, - deyə 28 futbolçu etiraf edib.

R.Morrison həmçinin qeyd edib ki, o zaman “Mançester Yunayted” də Rio Ferdinanda, Ueyn Runiyə bir dəfəyə 20-30 cüt buts göndərilirdi.

“Məhz bu səbəbdən oğurladığım bir cüt butsunu ciddi söz-söhbətə səbəb olmayacağını düşündüm, lakin indi səhvimi anlayıram”, - deyə yarımmüdafiəçi söyləyib