Rusiyada zavod çöküb: Ölən və yaralananlar var - FOTO/VİDEO

09:40 20-02-2021 405

Rusiyanın Norilsk Zənginləşdirmə Zavodunun ərazisində yerləşən sexdə çökmə baş verib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Hadisə yerli vaxtla saat 0.44-də baş verib. İki nəfər dağıntılar altından özləri çıxıb, daha dörd nəfər xilas edilib, onlardan biri təcili yardım maşınında vəfat edib.

Daha iki nəfər üçün axtarışlar davam edir.

Bədbəxt hadisə təxminən 1000 kv. olan ərazidə baş verib. 

Prokurorluğun verdiyi məlumata görə, çökmə konstruksiyaların möhkəmləndirilməsi üçün aparılan təmir işləri zamanı baş verib.

Hadisə ilə bağlı “iki və ya daha çox şəxsin ölümü ilə nəticələnən təhlükəsizlik qaydalarının pozulması” ilə bağlı cinayət işi açılıb.