“Böyük Dəbilqə”də son gün: Beş idmançımız mübarizəyə qoşulur

10:20 20-02-2021 23

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük Dəbilqə” yarışı bu gün yekunlaşacaq.

HerGun.Az xəbər verir ki, bu gün Azərbaycanın daha beş kişi cüdoçusu mübarizəyə başlayacaq.

Kişilər

-90 kq. Olimpiadaya lisenziyanı böyük ölçüdə təmin etmiş Məmmədəli Mehdiyev 1/16 finalda Orelyan Dyesslə (Fransa) üz-üzə gələcək.

-100 kq. Ötən ay Qətərin paytaxtı Dohada keçirilmiş “Masters” turnirində gümüş medal qazanmış Zelim Kotsoyev 1/16 finalda Boris Qeorgiyevlə (Bolqarıstan), eyni çəkidəki Elmar Qasımov isə Yoakim Dvarbi (İsveç) ilə qarşılaşacaq. Çox maraqlıdır ki, onlar B səbətindədirlər və 1/4 finalda bir-birləri ilə üzləşə bilərlər.

+100 kq. Uşanqi Kokauri Yur Spiykersin (Niderland), Camal Feyziyev isə meydan sahibi Serafim Kompanyezin (İsrail) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb.

Səbuhi Musayev