Mars roveri qırmızı planetdən ilk rəngli görüntüləri göndərdi - FOTO

10:40 20-02-2021 16

“Perseverance” mars roveri qırmızı planetdən Yerə ilk rəngli görüntüləri göndərib.

Bu barədə NASA məlumat verir.

İlk yüksək keyfiyyətli təsvir “Hazcam” kamerası ilə çəkilib. Bu qurğunun əsas vəzifəsi rover üçün potensial təhlükəli obyektləri araşdırmaqdır.

Başqa bir görüntüdə roverin altı təkərindən biri çəkilib. Kadra həmçinin Marsın səthindəki daşlar və tozlar da düşüb.

Bu görüntülərə əlavə marsoxod eniş etmədən əvvəl çəkdiyi selfini göndərib.

NASA şəkillər almağa davam edir.