Türkiyədə fabrikdə partlayış: Ölən və yaralananlar var - FOTO/VİDEO

16:00 20-02-2021 17

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda mebel fabrikində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, hadisə buxar qazanının partlaması nəticəsində baş verib.

Yaxınlıqdakı xəstəxanalara yerləşdirilən yaralananlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin səbəbləri araşdırılır.