Marneulidə bir ailənin üç üzvünün meyiti tapılıb

18:20 20-02-2021 358

Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda evlərdən birində bir ailənin üç üzvünün meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, həmin şəxslər ana, ata və onların yetkinlik yaşına çatmayan övladıdır.

Onların dəm qazından zəhərlənərək öldükləri müəyyən edilib. Ailənin həmin evdə kirayə qaldığı bildirilir.

İnsidentlə bağlı istintaq aparılır.