Umut Bulut Super Liqanın tarixinə düşdü

20:00 20-02-2021 357

Türkiyənin “Yeni Malatyaspor” klubunda çıxış edən Umut Bulut Super Liqa tarixində 504-cü oyununa çıxıb.

Bu barədə “Spor Arena” məlumat yayıb.

Umut Bulut bununla da Türkiyə çempionatı tarixində ən çox qarşılaşmaya çıxan futbolçu olub.

O, ümumilikdə 17 mövsüm Super Liqada mübarizə aparıb. Umut Bulut bu müddət ərzində 163 qol vurub.