İmişlidə avtomobil 8 yaşlı iki uşağı vurdu

00:20 21-02-2021 318

İmişli rayonunda bir uşağın ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Aranlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlu “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Elə bu zaman avtomobil yolu keçmək istəyən 8 yaşlı iki uşağı - Aranlı kənd sakinləri - 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlu və həmyaşıdı Hüseynli Umud Musa oğlunu vurub.

Nəticədə uşaqlardan biri ölüb. Digəri isə ilk tibbi yardımdan sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.