“Liverpul” itirə-itirə gedir: Derbidə də uduzdu - VİDEO

01:40 21-02-2021 401

İngiltərə Premyer Liqasının XXV turu Mersisayd derbisi ilə əlamətdar olub.

“Liverpul” öz meydanında “Everton”la qarşılaşıb.

Bu matçaqədərki son üç oyunda “Brayton” (0:1), “Mançester Siti” (1:4) və “Lester”ə (1:3) uduzan Yürgen Kloppun komandası derbidən də başıaşağı ayrılıb.

“Everton” hər hissədə bir qol vuraraq qarşılaşmadan 2:0 hesablı qələbə və 3 xalla ayrılıb.

“Liverpul” isə ardıcıl dördüncü məğlubiyyətlə barışmalı olub.