Gədəbəydə dovşan ovu xəsarətlə bitdi: Miskinli kənd sakini yanlışlıqla qonşusunu güllələdi

22:40 21-02-2021 509

Gədəbəy rayonunda yerli sakin odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb mərkəzinə verilən məlumata görə, Gədəbəy rayon Miskinli kənd sakinləri, 1978-ci il təvəllüdlü Qamət Şahmalı oğlu Fatullayev və həmyerlisi, 1990-cı il təvəllüdlü Elnur Qurban oğlu Tağıyev birlikdə dovşan ovuna gediblər.

Ov zamanı Q.Fatullayevin əlində olan ov tüfəngindən ehtiyatsızlıqdan açılan güllə E.Tağıyevin ayağına dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.