Şamaxıda qəzada ağır yaralanan bir ailənin üç üzvü Bakıya göndərildi

00:00 22-02-2021 425

Şamaxıda ağır yol qəzasında xəsarət alan bir ailənin üç üzvü Bakıya gətirilib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar - 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Cahid qızı, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı və 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu təcili yardımın köməkliyi ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Lakin xəsarətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Müayinə zamanı F.Məmmədliyə qapalı kəllə-beyin travması və qabırğaların sınığı, N.Məmmədzadəyə bədənin müştərək travması, A.Məmmədzadəyə isə baş nahiyəsinin cırılmış yaraları diaqnozları qoyulub.

Qeyd edək ki, hadisə Dəmirçi kəndində qeydə alınıb.

Qəzanın təfərrüatı araşdırılır.