Hollivud ulduzu yeni imici ilə gündəmə gəldi – FOTO

04:40 22-02-2021 458

Həmkarı Cemi Bell ilə xoşbəxt bir ailə həyatı yaşayan aktrisa Keyt Mara Los-Ancelesdəki parkların birində görüntülənib.

“HaberTürk”ün məlumatına görə, yeni imici ilə pərəstişkarlarını təəccübləndirən aktrisa körpəsilə gəzintiyə çıxıb. Onun uzun saçlarını kəsdirməsi isə heç də hər kəs tərəfindən yaxşı qarşılanmayıb.

Xatırladaq ki, 37 yaşlı aktrisa dörd il öncə ailə qurub.

Qeyd edək ki, Keytin bacısı, həmçinin aktrisa olan Runi Mara da Hoakin Fenikslə birlikdə yaşayır. Cütlüyün River adlı bir oğulları var.