Xəzər rayonunda dördotaqlı ev yanaraq külə döndü

09:40 22-02-2021 314

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 kvadratmetr olan kürsülü birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.