Gürcüstanın yeni Baş naziri və hökuməti təsdiq olundu

22:40 22-02-2021 332

Gürcüstan parlamenti İrakli Qaribaşvilinin rəhbərlik etdiyi yeni hökumətə etimadını bildirib.

TASS xəbər verir ki, səsvermə 89 - lehinə, iki - əleyhinə olmaqla başa çatıb.

Qeyd edək ki, Qaribaşvili hökumətinə cəmi iki yeni nazir  - müdafiə naziri Cuanşer Burçuladze, eləcə də regional inkişaf və infrastruktur naziri İrakli Karseladze daxil olub. 

Səsvermə qanunverici orqanın veb saytında canlı olaraq yayımlanıb.