Məşhur aktrisa hansı rol uğrunda “dişi-dırnağı ilə” mübarizə apardığını açıqladı - VİDEO

08:00 23-02-2021 553

Hollivud ulduzu Enn Heteuey “The Devil Wears Prada” (“Şeytan Prada geyinir”) filmindəki rol uğrunda “dişi-dırnağı ilə” mübarizə apardığını etiraf edib.

“İzvestiya”nın məlumatına görə, bu barədə o, “RuPauls Drag Race” verilişində danışıb.

Heteueyin sözlərinə görə filmdə jurnalist Saks rolu üçün doqquzuncu namizəd olub. Buna qədər səkkiz istedadlı aktrisa kastinqdən keçibmiş.

“Mən kastinqdə doqquzuncu idim, ancaq bu rolu aldım. Fürsətlərdən yapışın və heç vaxt təslim olmayın”, - deyə aktrisa bildirib.

Qeyd edək ki, Enn Heteuey 40-dan çox filmdə çəkilib. Onların arasında “The Princess Diaries” (“Şahzadənin gündəliyi”), “İnterstellar”,  “The Witches” (“Cadugərlər”) kimi filmlər və  “Les Misérables” (“Səfillər”) kimi müzikl var.

“Les Misérables” filmindəki roluna görə o, “ikinci planda ən yaxşı qadın rolu” kateqoriyasında “Oscar”, “Qızıl Qlobus” və BAFTA mükafatları alıb. 

2019-ce ildə Heteuey  Hollivudun “Şöhrət xiyabanı”nda (Hollywood Walk of Fame) ulduz alıb.