Çex Respublikasının vətəndaşları iki maskadan istifadə etməlidir

10:20 23-02-2021 20

Çex Respublikasının vətəndaşları 25 fevraldan etibarən əhalinin sıx olduğu yerlərdə eyni zamanda iki maska ​​taxmalıdırlar.

Bu barədə “Ceske noviny” xəbər yayır.

Ölkənin Səhiyyə naziri Yan Blatnı deyib ki, iki maska ​​əvəzinə FFP2 və ya KN95 qoruma dərəcəsinə sahib, klapanı olmayan respiratorlar da istifadə etmək olar.

Hava filtrasiyası səmərəliliyi ən az 95 faiz olan digər vasitələrə də icazə verilir.