Direktorların işə qəbulu üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək

16:00 23-02-2021 343

Fevralın 25-də direktor vəzifəsinə işə qəbul üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahanda fevral ayının 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər. 

Qeyd edək ki, əvvəlki sınaq imtahanında 1955 namizəd iştirak edib. Həmin namizədlər şəxsi səhifələrindən “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq “İmtahanlar” bölməsindən doğru və səhv cavablandırdığı suallarla tanış ola bilərlər.