Gədəbəydə yerli sakin öz avtomobilinin altında qalaraq ölüb

22:00 23-02-2021 317

Gədəbəy rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində ölüb.

“Report” xəbər verir ki, hadisə rayonun Qaramurad kəndində qeydə alınıb.

Yerli sakin ehtiyatsızlıqdan öz avtomobilinin altında qalaraq ölüb.

Hadisənin təfərrüatları araşdırılır.