Türkiyədə son koronavirus statistikası açıqlandı – FOTO

22:40 23-02-2021 306

Türkiyədə son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib.

“Haber Global” məlumat verir ki, sutka ərzində ölkə üzrə 123 734 nəfərin Covid testi yoxlanılıb. Günlük yoluxma sayı 9 107 nəfər, sağalma sayı isə 5 546 nəfər təşkil edib.

Beləliklə də, indiyədək Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 2 534 996 nəfərə yüksəlib.  

Hazırda ölkə xəstəxanalarında 1185 ağır Covid xəstəsi müalicə alır.