Ekvador həbsxanalarında qiyam: 50-dən çox məhkum öldü

00:40 24-02-2021 313

Ekvadorda üç ayrı şəhərdə yerləşən həbsxanalarda eyni vaxtda qiyam baş verib.

“Haber Global”ın məlumatına görə, polislə toqquşmada 50-dən çox məhkum ölüb.

Üsyanların Quayakil, El Turi ve Kotopaxi şəhər həbsxanalarında təşkil olunduğu bildirilir.

Toqquşmalarda iki polis əməkdaşının yaralandığı haqqında məlumatlar var.

Hazırda gərginliyin mövcud olduğu müəssisələrə polis və digər silahlı qüvvələrin yeridildiyi, məhbus qiyamlarının yatırıldığı qeyd edilir.