Ağdaş sakinindən narkotik vasitə aşkarlanıb

10:40 24-02-2021 292

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini R.Səmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı həmin şəxsdən sellofan torbada ümumi çəkisi 450 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.