Azərbaycanda daha 2248 nəfər COVID-19-a yoluxub, 26 nəfər vəfat edib - FOTO

18:40 01-04-2021 340

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.