Hülya Avşarın görüntüləri sosial mediada gündəm yaratdı – FOTO

22:00 01-04-2021 430

Türkiyənin məşhur aktrisası Hülya Avşarın “Məsumiyyət” serialında görüntüsü tamaşaçıların təəccübünə səbəb olub.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, aktrisanın filtrli çəkilişləri tamaşaçıların diqqətindən yayınmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Elə bil sponsor filtrdir”, “Əfsanələr ölməz, şəklini dəyişər”, “İllər əvvəl yoxa çıxan Hülya Avşarın oğlu Lord Voldemort”, - deyə onlar görüntülərə münasibət bildiriblər.