Türkiyədə son sutkada koronavirusdan 176 nəfər ölüb

23:00 01-04-2021 403

Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 176 ölüm faktı qeydə alınıb.

“Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə yeni yoluxma sayı 40 806 olub. 20 817 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

Hazırda ölkədə koronavirusa yoluxmuş 2135 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.