Belçikada 1 Aprel zarafatı iğtişaşlara səbəb olub, 100 nəfər saxlanılıb - FOTO/VİDEO

00:40 02-04-2021 450

Brüsseldə hələ ki, kimliyi məlum olmayan şəxslər tərəfindən edilən 1 aprel zarafatı ciddi iğtişaşlara səbəb olub.

TASS xəbər verir ki, sosial şəbəkələrdə paytaxt Brüsseldəki  “Bua de lya Kamp” parkında konsert təşkil olunacağı ilə bağlı məlumat yayılıb. Elanı görən 5 mindən çox şəxs parka toplaşıb. Onlar polisin dağılışmaq tələbinə təhqirlər və azadlıq şüarlarıyla cavab veriblər.

Nəticədə, asayiş keşikçilərilə parka toplaşanlar arasında toqquşma yaşanıb. Onlarla vətəndaşın xəsarət aldığı bildirilən iğtişaşlarda fəal iştirak edən 100 nəfər saxlanılıb.