Dmitri Peskovun xidməti avtomobili qəzaya düşüb - VİDEO

04:20 02-04-2021 442

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun xidməti avtomobili qəzaya düşüb.

“İzvestiya” nəşri xəbər verir ki, hadisə Moskva şəhərinin Volqoqrad prospektində baş verib.

İnsident nəticəsində avtomobilin arxa təkərinin oxu, bamperi və sərnişin qapısı zədələnib.

Hadisəyə münasibət bildirən D. Peskov bildirib ki, qəza baş verən zamanı o, avtomobildə olmayıb.