Binənin sağalmaz yarası: Dağılmış yollara baxan yoxdur - FOTO/VİDEO

15:00 02-04-2021 395

Suraxanı rayonunda yaşayan sakinlər yolların bərbad vəziyyətdə olmasından şikayətçidir.

Bu barədə HerGun.Az-a Xəzər rayonu, Binə qəsəbəsində yaşayan sakinlərdən biri məlumat verib.

Onların sözlərinə görə Hövsan südçülük sovxozunun əsas yollarından biri bərbad haldadır:

“Bu yola şəhid Tamerlan Süleymanın adını veriblər. Daha dəqiq desək, söhbət Ülvi inşaat, Parnik yolu döngə 3 istiqamətdəki yoldan gedir. Bura yol yox gölməçə desək daha düzgün olar. Təxminən 3 000-dən çox sakin bu bataqlıqda yaşayır. Məsələ ilə bağlı ərazi üzrə icra hakimiyyətinə müraciət ünvanlasaq da problemin həlli üçün heç bir addım atılmır”.

Könül Cəfərli