Bakıda 19 yaşlı gənc yol qəzasında xəsarət aldı

22:40 02-04-2021 28

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobillə motosikletin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Xudiyev Əkbər Şaiq oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun sınığı diaqnozu qoyulub.