Bayden və Zelenski arasında telefon danışığı olub

01:40 03-04-2021 405

ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. 

Bu barədə “Reuters” agentliyi məlumat verib. 

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər arasında Ukraynadakı islahatlar, korrupsiya ilə mübarizə, eləcə də Rusiya qoşunlarının Ukrayna sərhədi yaxınlığında toplaşması kimi məsələlər müzakirə olunub. 

Ağ Evin mətbuat xidmətindən verilən açıqlamaya görə, prezident Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.

Söhbət zamanı dövlət başçıları pandemiyaya qarşı birgə mübarizənin vacibliyini də vurğulayıblar.