42 yaşlı aktrisa təravətli görünüşü ilə hər kəsi heyran qoydu - FOTO

03:40 03-04-2021 509

Amerikaı aktrisa Keti Holms  “People” jurnalının xüsusi buraxılışı üçün makiyajsız halda fotosessiyada iştirak edib.

Bu barədə “Karavan” xəbər yayıb.

42 yaşlı ulduz özünə qulluq etməyi sevdiyi üçün meykapsız görünüşündən narahat olmadığını bildirib.

“Yaşımı minnətdarlıqla qəbul edirəm və makiyaj sarıdan narahat olmuram. Mənim sevincim daxildən gəlir”, - deyə aktrisa bildirib.

Onun sözlərinə görə, dərisinin sağlamlığı və gözəlliyi üçün çoxlu su içir və tərəvəz yeyir.

Bundan başqa, aktrisanın gündəlik gözəllik rutini də çox sadədir.

“Səhər və axşam mütəmadi olaraq dərimi təmizləyirəm, hialuron turşusu serumu və nəmləndirici krem istifadə edirəm”, - deyə aktrisa vurğulayıb.